Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş TİBBİ AKSİYA
10.02.2023 09:33
Fevralın 9-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Ramana qəsəbəsində sosial binalardakı şəhid və qazi ailələri üçün tibbi aksiya keçirilib.
 
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş aksiya çərçivəsində 105 nəfər müayinə edilib. Refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.
 
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaqla əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir.
 
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova, Natəvan Əliyeva, rezident Emin Ərəbov və digər işçi qrupu tərəfindən həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev