ATU-nun Tədris Terapevtik Klinikasında "Limfomalar" mövzusunda seminar keçirilib
10.02.2023 07:56

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə "Limfomalar" mövzusunda seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Hematologiya şöbəsinin rezidenti Nazəni Xeyrəddinli mövzu üzrə təqdimatla çıxış edib.

 

Həkim limfomaların limfa düyünlərində və digər limfoid toxumalarda toplanan bədxassəli limfositlər tərəfindən törədilən və xarakterik klinik əlaməti limfadenopatiya və B simptomları olan xəstəlik olduğunu bildirib. Qeyd edib ki, limfomalar leykemiyalar ilə birlikdə qanın bədxassəli şişlərinin 2 böyük qrupundan biridir.

 

Xəstəliyin növlərindən danışan məruzəçi, limfomaların özünün də Hodgkin və qeyri- Hodgkin limfoması olmaqla 2 yerə ayrıldığını diqqətə çatdırıb.

 

N.Xeyrəddinli xəstəliyin etiologiyası haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə limfomaların etiologiyası tam məlum deyil: "Lakin immun sisteminin zəifliyi, immunosupressorların qəbulu, autoimmun xəstəliklərin olması, HİV, EBV ilə yoluxma kimi risk faktorları xəstəliyin yaranmasında rol oynayır. Limfomaların klinikasında əsas nəzərə çarpan limpoadenopatiya və B simptomlarının varlığıdır. Limfoadenopatiya əsasən boyun, qoltuqaltı, qasıq nahiyəsində ağrısız, şişmiş limfa düyünləri şəklində müşahidə olunur. B simptomlarına isə səbəbsiz arıqlama (bədən çəkisinin 10%-dən artığı), səbəbi açıqlana bilməyən qızdırma və gecə tərləmələri daxildir".

 

Limfomaların diaqnostikası haqqında məlumat verən həkim, burada ən dəqiq və vacib üsulun limfa düyününün ekzisional biopsiyası olduğunu bildirib. Qeyd edib ki, bundan əlavə anamnez, fizikal, instrumental və laborator müayinələrdən də geniş istifadə olunur.

 

Seminarın sonunda N.Xeyrəddinli tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır