“Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbir keçirilib
09.02.2023 16:57

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Qadınlar Şurasının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 11 fevral - “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova çıxış edərək qadınların cəmiyyətdəki çoxşaxəli rolundan, elmin müxtəlif sahələrində Nobel mükafatına layiq görülmüş qadın alimlərdən bəhs edib.

 

Sonra institutun Sənədlərlə iş şöbəsinin müdiri, Qadınlar şurasnın sədri Əsmər Məmmədovanın məruzəsi dinlənilib. Məruzəçi zərif cinsin nümayəndələrinin ölkəmizin aparıcı sahələrində tutduqları mövqelərindən, onların milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rolu olduğunu vurğulayaraq Azərbaycan tarixində Zərifə Əliyeva, Aida İmanquliyeva, Sara Aşurbəyli kimi silinməz izlər qoyan görkəmli qadın şəxsiyyətlərimizin mədəniyyətimizə, elmimizə bəxş etdikləri töhfələr barədə məlumat verib.

 

Sonda Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov elm sahəsində çalışan qadınları beynəlxalq gün münasibətilə təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır