Meteohəssas insanlar dəyişkən hava şəraitində diqqətli olmalıdırlar - HƏKİM
09.02.2023 16:42

Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin müdiri, təcili yardım həkimi Nərgiz Kərimova “Həkim məsləhəti” rubrikasında “Hava dəyişkənliyinin meteohəssas insanlara insanlara təsiri” mövzusunda məlumat verib.

 

Həkim bildirib ki, hava dəyişkənliyi ilə sağlamlığı arasında müəyyən uyğunluq olan insanlar var. Onları meteohəssas insanlar adlandırırlar. Onların havaya fərqli reaksiya göstərməsinə səbəb havada təsiredici amillərin olmasıdır. Bu da əsasən atmosfer təzyiqinin dəyişkənliyi, temperaturun kəskin yüksəlməsi, yaxud enməsi zamanı müşahidə olunur. Məsələn, yağıntı artıq olanda ürək və revmatik problemi olanlar narahat olur, şimal küləkləri əsəndə havada oksigenin artması ilə rahat tənəffüs almaq olur.

 

Onun sözlərinə görə, şimal küləyinin cənub və cənub-qərb küləyi ilə əvəz olunması narahatlığa səbəb olur, çünki şimal küləyində oksigen daha yüksək, cənub küləyində isə oksigenin miqdarı az və çirkli hava olur. Xroniki xəstəliyi olanlar 35-36 dərəcədən yuxarı temperaturda, xüsusilə saat 10-16 radələrində açıq havada gəzməməlidirlər. Ümumiyyətcə, xroniki xəstəliyi, ürək-qan dövranı pozuntusu, yüksək qan təzyiqi, fiziki və əqli qüsuru olanlar, şəkərli diabet xəstələri meteohəssas insanlar qrupuna aiddir.

 

Nərgiz Kərimova qeyd edib ki, meteohəssas insanlar, xüsusilə ən çox xroniki xəstəliyi, ürək-damar xəstəliyi və təzyiqi olan insanlar gündəlik istifadə etdikləri dərmanları mütləq vaxtında qəbul etməlidirlər. Valideynlər uşaqlara nəzarət etməli  və onları havaya uyğun geyindirməyi tövsiyə edirəm. Həmçinin asma xəstələri gərək quru yerlərdə olsunlar, revmatik xəstəliklərdən əziyyət çəkənlər isə rütubətdən uzaq, oynaqlarını quru və isti saxlamalıdılar:

 

"Hava proqnozlarında bu barədə xəbərdarlıq edilsə də, bəzən ona məhəl qoyulmur. Lakin havaya qarşı belə həssas olanların sayının on minlərlə olduğunu nəzərə alsaq, onda məsələyə ciddi yanaşmağa dəyər. Hava bizə uyğunlaşmasa da, biz ona uyğunlaşmağı bacarmalıyıq. Meteohəssaslıqdan qurtulmaq mümkün olmasa da, verilən tövsiyələrə diqqət yetirmək, həkim məsləhətlərinə əməl etməklə sağlamlığa qovuşmaq olar".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib