Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-neonatoloqu Azadə Əlişova - Həkimlərimizi tanıyaq!
09.02.2023 12:27

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Azadə Əlişova da sevilən, seçilən həkimlərimizdəndir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.

 

Azadə Əlişova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin Yeni Doğulmuşların İntensiv Terapiya bölməsinin həkim-neonatoloqudur. Həkim 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Mingəçevir ŞMX-da internatura keçib.

 

O, 2000-ci ildə Mingəçevir Şəhər “Ana və Uşaq” MSM-nın Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2003-2017-ci illərdə Mingəçevir ŞMX-nın Doğum evində həkim-neonatoloq işləyib. 2017-ci ildən Mingəçevir ŞMX-nın Doğum şöbəsinin Yeni Doğulmuşların İntensiv Terapiya bölməsində həkim-neonatoloq vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır