Xətai Tibb Mərkəzinin həkim-nevroloqu: "Zəlzələ fobiyası gənclərdə qeyri-adekvat addımlarla özünü büruzə verir"
09.02.2023 10:36

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra insanlar arasında zəlzələ fobiyası ehtimalı gündəmə gəldi.

 

Bunu Aztibb.az-a Xətai Tibb Mərkəzinin Nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Afaq Əliyeva bildirib.

 

Həkim qeyd edib ki, digər fobiyalardan fərqli olaraq, zəlzələyə qarşı qorxu, yəni zəlzələ fobiyası uşaqlarda az rast gəlinir. Uşaqlar zəlzələnin təhlükəsini hələ dərinliyinə qədər anlamadıqları üçün qorxu da fobiya halına çevrilmir.

 

Afaq Əliyevanın sözlərinə görə, böyüklərdə, xüsusən gənclərdə bu qorxu qeyri-adekvat addımlarla özünü büruzə verir. Məsələn, eyvandan özünü atmaq kimi. Bəzən zəlzələdən yox, zəlzələ qorxusundan, xilas olmaq istəyindən insanlar tələf olurlar:

 

"Əgər özünüzdə belə qorxu, xof hiss edirsinizsə, hökmən nevroloq-psixoloq məsləhətinə ehtiyacınız var. Bunun üçün zəlzələ gözləmək fikrini özünüzdən uzaqlaşdırıb mütəxəssisə yardım almaq üçün müraciət edin”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır