Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib
09.02.2023 10:28

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə şura üzvləri fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

 

Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş 2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planına uyğun olaraq, 2023-cü ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub.

 

Sonra akademik İradə Hüseynova ölkə başçısının “Heydər Əliyev İli” ilə əlaqədar Sərəncamı haqqında şura üzvlərini məlumatlandıraraq, institutda silsilə tədbirlərin keçirilməsi barədə tapşırıq verib.

 

Daha sonra “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Əsərləri” junalının 2023-ci ildə VII cildinin I nömrəsinə məqalə qəbulu və digər məsələlər müzakirə  olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır