Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub
08.02.2023 22:22

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini diqqətinə çatdırıb.

 

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

 

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv