Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Ülkər Məmmədova - “Həkimlərimizi tanıyaq!” rubrikası
08.02.2023 16:31
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının həkim-laborantı Ülkər Məmmədovanı təqdim edirik.
 
Ülkər Məmmədova 1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb, daha sonra 2002-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində diplomdan sonra Tibbi Akademiyada bakteriologiya ixtisası üzrə təhsilini davam etdirib. 2001-2009-cu illərdə özəl tibb həkim-mikrobioloq kimi çalışıb, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında həkim-laborant kimi fəaliyyət göstərir.
 
O, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında bioloji mayelərdə ümumi kliniki, biokimyəvi, immunoloji, seroloji, allerqoloji, koaquloji, farmakoloji, bakterioloji laborator müayinələrin aparılması və interpretasiyası ilə məşğul olur.
 
Daim öz bilik və bacarıqlarını inkişaf etdirən Ülkər həkim davamlı olaraq ölkə daxilində və xaricində keçirilən müxtəlif elmi tədbirlərdə iştirak edir.
 
Həkim 2011-ci ildə Türkiyədə Nesil Group şirkətinin təşkilatçılığı ilə Diaqnostik avadanlıqların təlim kursunda, 2018-ci ildə Azərbaycanda Nesil Group şirkətinin təşkilatçılığı ilə Azərbaycan Mikrobioloji Simpoziumunda, 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda keçirilən elmi konfransda məruzəçi qismində iştirak edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib