Zirkon, yoxsa metal keramik dişlərmi?
12.02.2023 12:52
Çürük, qırılma və çatlama kimi diş zədələrinin aradan qaldırılması və itirilmiş dişlərin körpüyəbənzər konstruksiya ilə bərpası üçün istifadə edilən keramika qapaqlar estetik baxımdan ən inkişaf etmiş diş bərpa üsulu hesab edilirdi. Stomatologiya sahəsində dişsizlik probleminin həlli və estetikanın bərpası üçün keramika qapaqlara daha çox üstünlük verilirdi.
 
Aztibb.az xəbər verir ki, bu barədə Bioloji Təbabət Klinikasının inteqrativ tibb həkimi, stomatoloq Rəşad Nəsrəddinov məlumat verib.
 
O, bildirib ki, keramika diş qapaqlarının metal və metalsız növləri mövcuddur. Metalsız keramikalar zirkon dişlər kimi zərərsiz və estetik oldugu üçün hələ də aktuallığını qoruyub saxlayıb. Metal keramikaların tərkibində ağır metal olan kobalt və xromun olması onu orqanizm üçün arzuolunmaz edir. Metal işıq şüalarını da keçirtmədiyi üçün pasiyenti qane edən estetikanı almaq mümkün olmur.
 
Həkimin sözlərinə görə, zirkon qapaqlar diş həkimlərinin son zamanlarda daha estetik görünüş əldə etmək və ağız-diş funksiyalarını daha yaxşı etmək üçün zirkon dişlər mövcud olmamışdan öncə ən üstün diş kimi tövsiyə etdiyi bərpa növü idi. Zirkon dişlər heç bir allergik xüsusiyyətə malik olmadığından, davamlı, metal dadı verməyən, ağ rəngdə və işıq keçirən olduğundan təbii dişlərimizə daha çox bənzədiyindən həm estetik həmdə sağlıq baxımında metal keramikadan çox-çox üstdə dayanır.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib