Peşəkar həkimlərimizi tanıyaq! - Tibb üzrə fəlsəfə doktoru Emil Muxtarov
08.02.2023 21:49
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə peşəkarlığı ilə seçilən tanınımış uroloq-androloq, uzman həkim, “Yeni klinika” tibb müəssisəsinin Urologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Emil Muxtarovu təqdim edirik.
 
Emil Muxtarov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Pediatriya fakültəsində təhsil alıb və  universiteti fərqlənmə diplomu ilə bitirib.
 

O, 2002-ci ildə ATU-da elmi işçi, 2002-2003-cü illərdə kafedranın dosenti, 2009-2014-cü illərdə Modern Hospitalda, ATU-nun Onkologiya Klinikasında və Baku Clinic-də uroloq–androloq vəzifələrində çalışıb.

 

2003-2008-ci illərdə İzmirdə EGE Universiteti Tibb fakültəsinin Urologiya kafedrasında Urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Həmçinin 2003-cü ildə dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 
Emil Muxtarov 2010-cu ildə Fransanın Strasburq Universitetində Laparoskopik uroloji cərrahiyyə, 2011-ci ildə Türkiyədə “Bakırköy Eğitim Araştırma Hastanesi”ndə Robotik cərrahiyyə üzrə kurslar keçib.
 
2011-ci ilə ‘‘İlin uroloq həkimi ‘‘ adına layiq görülüb.

Uzman həkimin icra etdiyi əməliyyatlar aşağıdakılardır:
 
Nefrektomiya - böyrəyin çıxarılması (açıq və laparoskopik - qapalı)
Parsial nefrektomiya (böyrəyin hissəvi rezeksiyası)
Pieloplastika - böyrək ləyəni daralmasının ləğvi (açıq və qapalı)
Pielolitotomiya - böyrək ləyəni daşının çıxarılması (açıq və qapalı)
Perkutan nefrolitotriosiya – PNL (qapalı böyrək daşı çərrahiyyəsi)
Böyrək kistası rezeksiyası (açıq və qapalı)
Sidik axarı daşı əməliyyatları (açıq və qapalı)
Sidik kisəsinin daş və ya törəməyə görə açıq və qapalı (TUR) əməliyyatları
Radikal sistektomiya (sidik kisəsinin tamının çıxarılması) və yeni sidik yollarının yaradılması
Prostat vəzinin açıq və qapalı (TUR) əməliyyatları
Radikal prostatektomiya (prostat şişinə görə prostat vəzinin tamının çıxarılması)
Sidik kanalının açıq və qapalı (endoskopik) əməliyyatları
Varikoselektomiya (genişlənmiş xaya damarlarının ləğvi)
Xaya və xayalıq əməliyyatları
Cinsi alət (penis) üzərində və digər androloji əməliyyatlar
Qadınlarda sidik qaçırmasına görə asqı (TVT) əməliyyatı
Qadınlarda sidik kisəsi sallanması (sistosel) təmiri
Qadınlarda sidik kanalı ağzının polipinin (karunkul) kəsilməsi.
 

Müxtəlif seminar və kursların iştirakçısı olan Emil Muxtarov hazırda "Yeni Klinika"da fəaliyyət göstərir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır