Türkiyədə zəlzələdə ölənlərin sayı 6234-ə çatıb
08.02.2023 10:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə, yaralananların sayı isə 37 011 nəfərə çatıb.

 

Aztibb.az www.bursadabugun.com-a istinadla bildirir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı bütün işlər Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nəzarəti altındadır.

 

Mərkəzləri Kahramanmaraş, Pazarcık və Elbistanda baş verən iki dağıdıcı zəlzələ ətraf 10 şəhərdə böyük dağıntılara səbəb olsa da, zamana qarşı yarış davam edir. Təkcə dağıntıların deyil, soyuğun da ölümcül həddə çatdığı bölgədə dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir. Zəlzələnin 52-ci saatında bir qadın dağıntılar altından sağ çıxarılıb. 

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır