İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans keçirilib
07.02.2023 18:38

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans keçirilib.

 

İSİM-dən Aztibb.az-a verilən məlumata görə, konfrans Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən dünyada milyonlarla pasiyent zərər görür və məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri və dünyadakı tərəfdaşlarını bu sahədə təxirəsalınmaz tədbirlər görməyə çağırır: “Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi – səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir. Səhiyyə Nazirliyi və İSİM tərəfindən klinik protokollar hazırlanıb, hazırda 70 faiz tibb müəssisələrində müasir tibbi məlumatlara əsaslanan həkim və digər səhiyyə işçiləri üçün səmərəli vəsait olmaqla yanaşı, həm də tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan bu vəsaitlərdən istifadə olunur. Eyni zamanda, İSİM tərəfindən pasiyent təhlükəsizliyi məsələləri nəzərə alınmaqla tibb müəssisələri üçün akkreditasiya standartları hazırlanıb ki, bu da pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması, tibb işçilərinin səhvlərinin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasında mühüm rol oynayır”.

 

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov “Pasiyent təhlükəsizliyi üzrə qlobal fəaliyyət planı” mövzusunda çıxış edərək bildirib ki, 2019-cu ilin may ayında Dünya Səhiyyə Assambleyasının (DSA) 72-ci sessiyasında Dünya Pasiyent Təhlükəsizliyi Günü təsis edilib. Bundan başqa, üzv dövlətlər və özəl sektorlar da daxil olmaqla bütün müvafiq tərəfdaşlarla məsləhətləşmələr əsasında 2021-2030-cu illəri əhatə edən və 7 əsas strateji hədəfi özündə birləşdirən “Pasiyent təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Planı” tərtib edilib və DSA-nın 2021-ci ildə keçirilmiş 74-cü iclasında qəbul olunub.

 

Daha sonra Səhiyyə Nazirliyi Analitika və Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək bildirib ki, ölkəmizdə pasiyent təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş dərman vasitələri idxaldan öncə mərkəz tərəfindən yoxlanılır. Onun sözlərinə görə, ilk olaraq, dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir.

 

F.Həsənov qeyd edib ki, bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir. Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür.

 

Tədbirdə İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Antibiotiklərə rezistentlik: qlobal çağırışlar və milli tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi qeyd edib ki, ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə İSİM ÜST-ün dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirir: “Antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə 2018-2022-ci illərdə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb”.

 

Konfransda İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Billura Yusifova “Cərrahi müdaxilələrdə pasiyent təhlükəsizliyinin prioritet istiqamətləri”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Qan komponentlərinin transfuziyalarında pasiyent təhlükəsizliyi”, TƏBİB-in Tibbi Xidmətinin İnkişafı Departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi Vəfa Qocayeva “Tibb müəssisələrində pasiyent xidmətlərində keyfiyyətə nəzarət” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Aynura Əmirova “Ana sağlamlığının mühafizəsi və ana ölümlərinin profilaktikası” haqqında danışaraq ana və uşaqların sağlamlığının qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu və bu sahədə İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokolların əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verdiyini vurğulayıb.

 

Tədbirin sonunda iştrakçıları maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. Həmçinin bu istiqamətdə İSİM-də təşkil olunan tədbirlərin əhəmiyyəti və gələcəkdə davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır