Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub
07.02.2023 15:23

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, əvvəlcə iclasda Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra iclasın gündəliyinə uyğun olaraq Gənclər Günü münasibətilə Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub. Müsabiqənin nəticəsinə əsasən, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova 2022-ci ildə institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə fəxri diploma layiq görülüb.

 

Mükafatı M.Baxışovaya təqdim edən institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov müəssisənin rəhbərliyi və kollektivi adından gənc alimi təbrik edib, gələcək elmi və ictimai fəaliyyətində ona uğurlar arzulayıb.

 

Daha sonra institutda “Biofizika” ixtisası üzrə keçirilən qış imtahan sessiyasının nəticələri geniş müzakirə olunub. Məsələ ilə bağlı çıxış edən O.Qasımov qeyd edib ki, sessiya zamanı müəssisə rəhbərliyi imtahan prosesini diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyib. Alim əlavə edib ki, qış imtahan sessiyasından sonra tədris prosesinin effektivliyinin öyrənilməsi məqsədi ilə magistrantlarla növbəti sual-cavab formatında görüş keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

 

Bundan əlavə, iclas zamanı Elmi şuranın qərarı ilə Biofizika İnstitutunda 2023-cü ildə keçiriləcək elmi seminarların və müşavirələrin planları, eləcə də müəssisədə “Biofizika” ixtisası üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə Tədris planında II semestr üçün nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin proqram və sillabusları müzakirə olunaraq təsdiq edilib.

 

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır