“Yeni Klinika”da “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib
07.02.2023 14:39

Fevralın 7-də “Yeni Klinika” tibb müəssisəsində “Serebral iflic və cəmiyyət” mövzusunda forum təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, tədbirdə “Yeni Klinika”nın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov, eləcə də Milli Paralimpiya Komitəsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və digər təşkilatlardan rəsmi nümayəndələr iştirak ediblər.

 

Forumda Səhiyyə Nazirliyinin bir çox xəstəliklər, o cümlədən  serebral iflic xəstələrinin sağlamlıqlarının bərpasına yönəlmiş kompleks müalicə və profilaktika tədbirlərinin mütəmadi həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, forumun əsas məqsədi serebral iflic olan gənclər arasında təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır.

 

Tədbirdə baş həkim Cavid Paşayev serebral iflic xəstələrinin, sağlamlıq imkanları məhdud olan həssas qrupun cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.

 

Vüqar Behbudov isə çıxışında həssas əhali qrupları üçün dövlət tərəfindən həm stansionar, həm yarımstansionar sosial xidmətlərin təşkil edildiyini, Sabunçu və Abşeron rayonlarında yarımstansinonar mərkəzlərin yaradıldığını bildirib. Qeyd edib ki, ötən ildən istifadəyə verilən www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiq serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır. V.Behbudov valideynlərin evdə uşaqlarının reabilitasiyasına dəstək verə bilmələri üçün müxtəlif istiqamətlər üzrə videodərslərin hazırlandığını, həmin veb səhifədə və mobil tətbiqdə yerləşdirildiyini deyib. 

 

Forumda çıxış edən Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov digər əlillik kateqoriyaları kimi serebral iflic xəstələrinin də tibbi təsnifata uyğun olaraq hansı idman növlərində iştirakının mümkün olduğunu sadalayıb: “Hazırda A və B mili komandaları üzrə 1200 idmançımız var. Bu idmançılar dəfələrlə yüksək nəticələr əldə ediblər. Məqsədimiz belə xəstələri idman vasitəsiylə cəmiyyətə inteqrasiya etməkdir”. 

 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova təmsil etdiyi təşkilatın Cənubi Qafqazda ilk unikal mərkəz olduğunu vurğulayaraq fəaliyyəti haqqında danışıb. O, Mərkəzin həssas əhali qrupları ilə bağlı davamlı olaraq layihələr həyata keçirdiyini qeyd edib.

 

TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov serebral ifliclə bağlı mövzunun cəmiyyət üçün aktual olduğunu və hər kəsin buna həssas yanaşmasının vacibliyini söyləyib: “Körpələr, gənclər gələcəyimizdir. Onların sağlamlığını dövlətimiz üçün qorumalıyıq… Təəssüflər olsun ki, dünya statistikasına görə, hər 1000 körpədən 2-si serebral ifliclə doğulur. Bu xəstəlik təxminən 80 faiz ana bətnində başlayır. Bizlər nə etməliyik? İlk növbədə, səhiyyə sistemində ana və uşağın sağlamlığı diqqətdə saxlanılmalı, hamilə qadına hamiləlik dövründə nəzarət olunmalıdır”.

 

O, qeyd edib ki, regionlara nəzər salsaq, serebral iflic xəstəsi olan uşaqların reabiltasiyaya yönəldilməsində çətinliklərlə üzləşildiyini görürük: “Biz TƏBİB olaraq, yeni bir modul və işçi qrupu əsasında regionlarda bununla bağlı fəaliyyətə başlamışıq. Onu da bildirim ki, icbari sığortanın yeni xidmətlər zərfinə serebral ifliclə bağlı xidmətlər də daxil edilib. Gələcəkdə regionlarda reabilitasiya üçün mərkəzlərin yaradılması qarşıda durur”.

 

Forumda həkim və mütəxəssislər xəstəliyin yaranma səbəbləri, fəsadları, müayinə və müalicə üsulları mövzularında təqdimatlar ediblər.

 

Sonda fiziki məhdudiyyətli gənclər çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır