NDU-un Tibb fakültəsinin baş müəllimi Malik Əliyevin 70 illik yubileyi qeyd edilib
07.02.2023 13:06
Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin baş müəllimi Malik Əliyevin 70, Təməl tibb fənləri kafedrasının dosenti Südabə Həsənovanın isə 60 illik yubileyləri qeyd edilib.
NDU-dan Aztibb.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sistemi, həkimlər də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Diqqətə çatdırılıb ki, universitetdə bele savadlı mütəxəsislərin fəaliyyət göstərməsi, tibbi kadrların hazırlanması universitetin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, hər iki müəllim səhiyyə sisteminə və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Rektor yubilyarları təbrik edərək, onlara universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.
Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov yubilyarlar haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, hər iki müəllim kollektiv münasibətlərdə daim ön sıralarda olub, tələbələrin sevgisini qazanıblar. Elsevər Əsədov yubilyarları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fələsəfə doktoru İlhamə Mustafayeva yubilyarların ünvanına xoş sözlər səsləndirərək, onları təbrik edib, hər iki müəllimə uzun ömür can sağlığı arzulayıb.
Ümumi təbabət və klinik fənlər kafedrasının professoru İsa Abdullayev çıxışı zamanı səbəbkarlarla birlikdə yaddaqalan xatirələrini bölüşüb. İsa Abdullayev müəllimləri təbrik edərək, onlara sağlam ömür və uğurlar arzu edib.
Sonda yubilyarlar çıxış edərək, tədbirin baş tutmasında əməyi keçənlərə və xoş sözlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

