"Gənc yaşlarda insult bütün insultların 4%-ni təşkil edir" - Nevroloq
07.02.2023 11:31
Baş beyin qan dövranının kəskin pozulması - baş beyin funksiyalarının qəflətən baş verən ocaqlı və diffuz pozulmasıdır. Gənc yaşlarda (16-45) insult bütün insultların 4%-ni təşkil edir, uşaqlarda insult faizi daha aşağıdır.
 
Aztibb.az xəbər verir ki, Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova gənc yaşlarda kəskin beyin qan dövranı pozulmalarından danışıb.
 
Nevroloq bildirib ki, gənc yaşlarda və uşaqlarda hemorragik və işemik insultun nisbəti 1:1 hesab edilir və yuxarı yaş qruplarına nisbətən hemorragik insult tezliyi daha yüksəkdir.
 
Sevinc Abışova qeyd edib ki, beyin infaktına (insult) daha çox ürək xəstəliklərində - ürəyin anadangəlmə qüsuru (ürək qapaqlarının revmatik zədələnməsi, aritmiya və s.), hematoloji xəstəliklərdə (oraqşəkilli hüceyrə anemiyası, leykemiya, damar daxili laxtalanma sindromu), eləcə də yuxu və onurğa arteriyalarının travmatik zədələnməsi zamanı, vaskulit, şəkərli diabetrast, kəskin arterial hipertoniya, oral kontraseptivlərin qəbulu, kəllədaxili anevrizmalar və s. zamanı rast gəlinir.
 
Onun sözlərinə görə, insult (beyin infarktı) klinik olaraq generalizə olunmuş və ya parsial qıcolma tutmaları, parez və ya plegiya (iflic), nitq və görmə qabiliyyətinin pozulmaları ilə özünü göstərir. Müayinə baş beyinin KT və ya MRT-si ilə aparılır. Müalicə apararkən insultun gənc və uşaq yaşda əmələ gəlməsinin spesifik səbəbləri nəzərə alınmalıdır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib