Türkiyədəki zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşlarımızın nəzərinə!
07.02.2023 11:11

6 fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyə Cümhuriyyətinin cənub-şərqində meydana gələrək çox ciddi dağıntı və itkilərə səbəb olan zəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyənlərə Ziraat Bank Azərbaycanın məlumatını çatdırırıq.

 

Aztibb.az TREND-ə istinadən xəbər verir ki, belə ki, Bank baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul etmişdir. Bankdan əldə edilən məlumata əsasən, təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:

 

Hesab Adı:

T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı

Alıcı Bank:

T.C. ZİRAAT BANKASI A.Ş.

Alıcı Filial:

ANKARA KAMU KURUMSAL ŞUBESİ

TL hesabı :

TR 73 0001 0017 4555 5555 5552 04

USD hesabı :

TR 46 0001 0017 4555 5555 5552 05

EUR hesabı:

TR 19 0001 0017 4555 5555 5552 06

Bankın SWIFT Kod № :

TCZBTR2A

 

“Ziraat Bank Azərbaycan” ASC, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib