Hamiləlik planlaşdırılmasında ana və ata namizədlərdə ultrasəs müayinəsinin rolu nədir? - Radioloq AÇIQLADI
07.02.2023 10:09
Bəziləri üçün hamiləlik planlaşdırılması hamiləlikdən öncə, bəziləri üçün isə hamilə qaldıqdan sonra başlayır. Planlaşdırılmadan da sağlam hamiləlik keçirmək və sağlam uşağa sahib olmaq olsa da, hamiləlik planlaşdırılması bu şansı daha da artırır. Sağlam uşağın təməli hamiləlikdən əvvəl qoyulur. Bunun üçün həm ana, həm də ata namizədlər lazımi müayinələrdən keçib, pis vərdişlərdən uzaq olmalı, hansısa xroniki xəstəlikləri varsa xüsusi nəzarət altında olunmalıdırlar.
Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.
Həkim qeyd edib ki, hamiləlik planlaşdırılması zamanı ultrasəs müayinəsinin rolu əvəzisizdir. Bu müayinə metodu vasitəsilə qadın daxili cinsiyyət üzvləri ilə yanaşı, qalxanvari vəz, süd vəziləri və qarın boşluğu orqanları da müayinə olunmalıdır.
Onun sözlərinə görə, hamiləlik zamanı qarının həcmi və ölçüsü böyüdüyündən, qarın boşluğu orqanları müəyyən təsirə məruz qalır. Məsələn, böyrək daşı, ya öd kisəsi daşı olan qadında əvvəl sancı olmasa da həmin müddət sancı ola bilər, böyümüş uşaqlıq sidik axarlarını sıxarıq böyrəklərdə hidronefroz (böyrəyin kasa ləyən sisteminin genişlənməsi) əmələ gətirə bilər.
"Süd vəzi xərçəngi hamiləlik zamanı sürətlə böyüdüyündən süd vəzilərində xoşxassəli və ya bədxassəli törəmə olub olmadığını müəyyənləşdirmək lazımdır.
Qalxanvarı vəzin ultrasəs müayinəsi qan analizi ilə birlikdə olunmalıdır. Bu vəzin fəaliyyəti zəif olduqda hamiləliyin əmələ gəlməsinə və normal gedişatına mənfi təsir edir.
Qadın daxili cinsiyyət orqanlarından uşaqlıq, yumurtalıq və hamilə qalma müddətində yumurtalıqda olan dominant follikulun normal fəaliyyəti izlənilir. Bu orqanlar müayinənin dəqiqliyini artırmaq üçün trannsvaginal (uşaqlıq yolundan) yolla baxılmalıdır. Uşaqlıqda ən çox miomaya, endometriumda polip olmasına, uşaqlıq ağzındakı kistalara və uşaqlıq yolu iltihablanmalarına diqqət edilir. Yumurtalıqlar incələndikdə ölçüsünə, həcminə, kista olub-olmamasına, varsa kistanın sayına və ölçülərinə baxılır", - deyə Şəbnəm Topbaştekin bildirib.
Radioloq əlavə edib ki, uşaqlıq boruları isə yalnız iltihablanma, daxilində maye toplanması nəticəsində ultrasəs müayinəsində görülə bilər.
Qadının yumurta hüceyrəsi yumurtalıqda follikul deyilən, daxili maye ilə dolu olan, nazik divarlı toxumalardır. Follikulun izlənməsi qadının hamilə qalması üçün ən uyğun günü seçmək şansı yaradır. Aybaşı tarixinin başladığı gündən 11-ci gün və 5 gün müddətində izlənilir. Normal follikul 7mm olduqda ultrasəs müayinəsində görülür, 18-25mm olduqda partlayır. Bəzən qadınlar bu proses normal gedişatlı olmadığında, ginekoloq tərəfindən xüsusi preparatlar təyin olunur:
"Ata namizədlər isə mütləq prostat vəzi müayinəsi, skrotal ultrasəs və doppler müayinəsi olunmalıdır. Prostat vəzin ölçü və həcminə, böyüməsinə, xoş və ya bədxassəli törəmə olub olmadığına baxılmalıdır. Skrotal doppler və usm-də xayanın ölçüsü, həcminə diqqət edilir, xayada hidrosele, varikosele, xoş və bədxassəli törəmələr olub-olmamasına diqqət edilir".
Bu bölməyə aid digər xəbərlər
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

