Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yeni direktoru kollektivə təqdim olunub
06.02.2023 17:46
Bu gün TƏBİB-in tabeliyində olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin yeni direktoru İlkin İsmayılov kollektivə təqdim olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və TƏBİB-in Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin koordinatoru, həkim-cərrah İmran Qurbanov çıxış edərək yeni təyin olunan direktora fəaliyyətində uğurlar arzulayıblar.
 
İkin İsmayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
 
Qeyd edək ki, İlkin İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alıb. Universitetin Onkologiya Kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirib. Həmin universitetdə uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra isə baş direktor vəzifəsində çalışıb. O, 2017-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. Bir sıra yerli və beynəlxalq konfrans və seminarlarda iştirak edən İlkin İsmayılov, 2021-ci ildən "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsdə direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri kimi fəaliyyət göstərib.
 
Xatırladaq ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır