Mamalıq və Ginekologiya üzrə V Beynəlxalq Konqres keçirilib
06.02.2023 17:29
3-5 fevral 2023-cü il tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ), “Kadın Sağlığı Dernekleri Federasyonu” və Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə Mamalıq və Ginekologiya üzrə V Beynəlxalq Konqres keçirilib.
Bu barədə Aztibb.az-a ETMGİ-dən məlumat verilib.
Konqresin ilk günü Türkiyədən dəvət olunan mütəxəssislər tərəfindən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda kolposkopiya, laporoskopik histerektomiya, obstetrik ultrasonoqrafiya, pelvik prolapsa yanaşma kimi mövzularda master-klaslar keçirilib.
Beynəlxalq konqres Azərbaycan Respublikasının Dövlət Himninin və İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb.
Tədbirdə giriş nitqi ilə açan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor Cəmilə Qurbanova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan səhiyyəsində əvəzsiz rolundan bəhs edib. Bildirib ki, səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır. Onun sözlərinə görə, Heydər Əliyevin fəaliyyəti dövründə qadın, ana və uşaqların mühafizəsinə yönəldilmiş qayğı bu gün də yüksək səviyyədə həyata keçirilir. Hazırda bu istiqamətdə Heydər Əliyev tərəfindən aparılan siyasəti onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.
C.Qurbanova, həmçinin Türkiyə ilə Azərbaycanın tibb işçilərinin mamalıq və ginekologiya sahəsindəki birgə fəaliyyətindən də danışıb.
"Reproduktiv endokrinologiya və sonsuzluq", "Uroginekologiya", "Laporoskopiya", "Ginekoloji onkologiya", "Ümumi ginekologiya", "Perinatologiya", "Endometrioz" və "Histeroskopiya" sessiyalarından ibarət olan konqresdə mamalıq və ginekologiya sahəsi ilə bağlı qlobal məsələlərə dair çıxışlar dinlənilib, tədbir iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun II Mamalıq şöbəsinin müdiri Tənzilə Əliyeva, Köməkçi reproduktiv texnologiyalar şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., dosent Xəyalə Təhməzi, həkim mama-ginekoloq Aysel Bəyişova tərəfindən müxtəlif məzmunlu təqdimatlar edilib.
Konqresin son günü Türkiyə nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Mamalıq və Ginekologiya üzrə V Beynəlxalq Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 10 DTT kredit balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

