Ölkəmizdə ilk dəfə narkozsuz ağciyər əməliyyatı icra etmiş təcrübəli həkim - Cəmil Ələkbərov  
06.02.2023 15:29

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini Cəmil Ələkbərov haqqında məlumatları təqdim edirik

 

Cəmil Hüseyn oğlu Ələkbərov 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2006-cı illərdə Rusiya Federasiyası Kazan Tibb Universitetində cərrahiyyə ixtisası üzrə kliniki ordinatura, 2006-2009-cu illərdə Rusiya Federasiyası Kazan Tibb Akademiyasında aspirantura təhsili alıb və namizədlik dissertasiyasını vaxtından əvvəl bitirib.

 

O, 2009-2018-cı illərdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunda döş qəfəsi cərrahiyyəsi üzrə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2018-2023-cü illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində döş qəfəsi cərrahı kimi fəaliyyət göstərib.

 

Ölkəmizdə ilk dəfə olaraq narkozsuz ağciyər əməliyyatı icra etmiş Cəmil Ələkbərov həm də Ağciyər Cərrahiyyə Mərkəzini yaratmışdır. O, 20-dən çox elmi məqalənin müəllifidir.

 

Təcrübəli həkim 44 günlük Vətən müharibəsi dövründə də öz dəstəyini əsirgəməmişdir. Füzuli, Şuşa istiqamətlərində gedən döyüşlərdə yaralanan yüzlərlə əsgərlərimizin yarasına məlhəm olmuş, gecə-gündüz yorulmadan yaralılara qulluq etmişdir. Cəmil Ələkbərov göstərdiyi xidmətlərə görə medallarla təltif olunmuşdur.

 

O, 18 yanvar 2023-cü ildən Qəbələ Rayon Mərkəzi Xəstəxansında direktorun cərrahi işlər üzrə müavini vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır