Diabetik polineyropatiyaya dair maarifləndirici seminar keçirilib
06.02.2023 15:17

Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsində növbəti maarifləndirici elmi seminar keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, seminarda həkim-endokrinoloq Elnurə Novruzova “Diabetik polineyropatiya: Gecikmiş ağırlaşma yoxsa şəkərli diabetin ağır təzahürü?” mövzusunda təqdimatla çıxış edib.

 

E.Novruzova müayinə və müalicə üsullarından, eləcə də bu sahədə mövcud olan dünya protokollarından danışıb.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən elmi seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, seminarda STM-in 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva və tibbi heyəti iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır