Gözlərin səyriməsinə səbəb hallar ­– 3 gündən çox davam edərsə...
06.02.2023 13:21

Uzaman həkim Serkan Güreser göz səyriməsinin göz qapağının nazik əzələləri arasında qeyri-ixtiyari, kortəbii kiçik sıxılmalar olaraq təyin olunduğunu bildirib. 

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, bunun səbəb ola biləcəyi müxtəlif xarici amillər var. Göz səyriməsi heç bir xəstəliyin əlaməti deyil və heç bir göz xəstəliyinin və ya nevroloji xəstəliyin əsasında durmur. 

 

Adətən gözün yorğunluğu, kofein və ya spirt içki qəbulu göz səyriməsinin ən çox yayılmış səbəbləri kimi görünür. Göz yorğunluğu və ya görmə problemləri çox vaxt eynək ehtiyacı, yaxud kompüterdə həddən artıq işlədiyiniz zaman da baş verə bilər. 

 

Göz qapaqlarının səyrimə halları əsasən stresslə bağlıdır və bu ciddi xəstəlik sayılmasa da, diqqətinizə və məhsuldar olmaq qabiliyyətinizə mane ola bilər. Həkim tövsiyə edir ki, bunun üçün çox istirahət etməyə və stresdən uzaqlaşmağa çalışın. Çay, qəhvə və kola istehlakınızı azaldın. Bundan əlavə, səyrimə azalana qədər B vitamin kompleksi ilə gündəlik multivitamin əlavəsi qəbul etmək məsləhətdir. 

 

Ümumiyyətlə 3 gündən çox davam edən səyrimələr yaşayırsınızsa, üzünüzün və ya bədəninizin digər nahiyələrində səyrimə varsa, göz qapaqlarınız sallanırsa, işığa həssaslığınız yüksəkdirsə, ikili və ya bulanıq görməniz varsa, mütləq həkimə müraciət edilməlidir.  

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır