Tərtərin Mamırlı kəndinin 34 sakini tibbi müayinədən keçib
05.02.2023 12:36

Tərtər Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət geniştərkibli briqadasının iştirakı ilə rayonun Mamırlı kəndinin sakinləri kütləvi tibbi müayinələrə cəlb olunublar.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əsas məqsəd rayonun kəndlərində Tərtər RMX-na gəlməkdə maddi və fiziki çətinliyi olan xəstələrin yerindəcə tibbi müayinə edilib, müalicəyə cəlb olunmasıdır.

 

Həkim briqadasının tərkibində terapevt, pediatr, mama-ginekoloq, laborant, şüa-diaqnostika və başqa ixtisas həkimləri var.

 

Tibb işçiləri tərəfindən 34 nəfər müayinə olunub.


Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər