Beynəlxalq kursda ATU əməkdaşının təcrübəsinə istinad olunub  
05.02.2023 08:14

Bu günlərdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov 12 ölkədən 72 nümayəndənin iştirak etdiyi “Bariatrik-metabolik cərrahiyyə üzrə son praktik yeniliklər”dən bəhs edən kursdan qayıdıb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, iki gün davam edən kursda “Ponderas” Akademik Hospitalının Endoskopik Cərrahiyyə Mərkəzinin, həmçinin Minimal İnvaziv Mədə-bağırsaq Cərrahiyyəsi və Mükəmməl Bariatrik Cərrahiyyə Mərkəzinin direktoru, professor Catallin Copaesc təkrar mədəkiçiltmə əməliyyatlarından bəhs edən geniş treninq proqramında onun məqaləsinə istinad edib.

 

Bu barədə məlumat verən T.Ömərov bildirib ki, kursun ilk günü “Müasir bariatrik-metabolik cərrahi tendensiyalar” mövzusuna həsr olunub: “Sonda sorğu keçirildi. Sorğuda bariatrik-metabolik cərrahi əməliyyat olunmuş şəxsin bir neçə ildən sonra çəkisi artarsa və ya əməliyyatı uğursuz alınarsa, ona hansı əməliyyatın tətbiq olunması məsələsi qoyulmuşdu. Biz də bilirik ki, ilk restriktiv əməliyyat uğursuz olarsa, pasiyentdə 2-ci əməliyyat şuntlayıcı, yəni nazik bağırsaqların qısaldılması olmalıdır. Buna da “mini-qastrik baypas” deyilir.

 

Zalda olan mütəxəssislər baypas əməliyyatını seçdilər. Mən isə təklif irəli sürdüm ki, bu zaman xəstədə təkrar mədəkiçiltmə əməliyyatını aparmaq lazımdır. İzah etdim ki, pasiyentin anatomiya və fiziologiyasını pozmamaq şərti ilə ona 2-ci dəfə arıqlama şansı verməliyik. Bunu zalda əyləşən mütəxəssislər arasında yeganə olaraq mən səsləndirdim”.

 

Kursun 2-ci günü “Uğursuzluğa məruz qalmış bariatrik cərrahiyyə əməliyyatlarının fəsadları”na həsr edilib. Bu zaman professor Catallin Copaesc onun yazdığı məqalədən sitat gətirib: “Hansı ki, adıçəkilən məqalədə 34 pasiyent üzərində 3 il ərzində aparılan təkrar mədəkiçiltmə əməliyyatlarının nəticələri öz əksini tapmış və dünyanın nüfuzlu jurnallarının birində nəşr olunmuşdu. Bu mənim üçün bir sürpriz oldu. Professor bildirdi ki, məqalənin müəllifi hazırda bizdə dinləyicidir. Tədbir iştirakçılarının əksəriyyəti bu uğur münasibətilə öz təbriklərini ifadə etdi. Əlbəttə, bu çox qürurverici idi”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır