Radioloq: MRT xərçəngi erkən mərhələdə aşkar edə bilir
04.02.2023 15:28

"Bədənin maqnit rezonans tomoqrafiyasının (MRT) aparılması onkologiyanı erkən mərhələdə aşkar etməyə kömək edir", - deyə həkim-radioloq, tibb üzrə fəlsəfə doktoru Natalia Brel bildirib. 

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, yaşı 60-dan yuxarı olanlar, eləcə də qan qohumları xərçəng xəstəliyindən əziyyət çəkən şəxslər mütəmadi olaraq MRT müayinəsindən keçməlidirlər. 

 

Mütəxəssis xatırladıb ki, adi tibbi müayinənin bir hissəsi kimi maqnit rezonans görüntüsündən istifadə edərək müayinə oluna bilərsiniz.  

 

Alim qeyd edib ki, bu profilaktik müayinələr xərçəngi erkən mərhələdə aşkarlaya bilər: “Elə olur ki, xəstəni heç nə narahat etmir, sadəcə müayinəyə gəlir. Məhz belə vəziyyətlərdə neoplazmalar erkən mərhələlərdə aşkar edilir. 

 

Natalya Brel MRT müayinəsinin dəqiqliyinin 95 faiz olduğunu vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır