Tibb işçiləri pandemiya ərəfəsində və 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstəriblər
04.02.2023 08:38

Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti səyyar görüş keçirib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, eləcə də əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

 

Öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edənləri salamlayaraq, ölkəmizdə səhiyyənin inkişafından, tibb işçilərinə dövlət qayğısından, pandemiya ərəfəsində və 44 günlük Vətən müharibəsi zamanı onların fədakar əməyindən bəhs edib.

 

O, Vətən müharibəsinin şəhidləri Ramil Əliyevin, Həsən Həsənovun, Zeynal Zülfüqarlının Şirvan Şəhər Mərkəzi Xəstəxanasında çalışan analarını görüş iştirakçılarına təqdim edərək, ləyaqətli, vətənpərvər övladlar böyütdükləri üçün onlara təşəkkür edib və Allahdan səbir diləyib. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Vətən müharibəsi ərəfəsində və ondan sonra xəstəxana heyətinin yaralı əsgərlərimizin müalicəsində, reabilitasiyasında və yüksək səviyyədə qayğı ilə əhatə olunmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib. Eyni zamanda, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində, yoluxmuş xəstələrin müalicəsində, əhali arasında mütəmadi maarifəndirici tədbirlərin və vaksinlənməsində peşə borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə onları alqışladığını bildirib.

 

Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır