Təlim: “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” 
04.02.2023 09:31

Bakı Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən təşkil edilmiş maarifləndirici təlimdə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Yunis Əsgərli çıxış edərək narkomaniya ilə mübarizə istiqamətinin bütün dünya üçün qlobal əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, mövzu ilə bağlı gömrük əməkdaşlarının biliklərinin təkmilləşdirilməsinin önəmini qeyd edib.

 

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İdarə tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən qeyri-qanuni psixoaktiv maddələrin yaratdığı asılılıqlarla mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

 

Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda çıxış edərək narkotik vasitələr və psixotrop maddələr barədə ətraflı məlumat verib. Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov da təqdimatla çıxış edərək psixotrop maddələr və onların yaratdığı problemlər, o cümlədən saxta dərmanlar və onların yayılmasına qarşı mübarizədən danışıblar.

 

Təqdimatların sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, mövzu ilə əlaqəli təlimlər 2023-cü il ərzində gömrük əməkdaşları arasında sistemli şəkildə həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır