Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri ilə görüş keçirilib
03.02.2023 18:12

Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri, professor Gürkan Uncunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdən məmnunluğunu bildirən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Bildirib ki, səhiyyə nazirlikləri arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə təsadüf edir. Əməkdaşlığın hüquqi bazası 1994-cü ildə 9 fevralda nazirliklər arasında imzalanmış “Səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu” ilə formalaşıb.

 

Onun sözlərinə görə, əməkdaşlıq əlaqələri sonradan daha üst səviyyəyə qaldırılaraq “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində davam etdirilib.

 

Azərbaycanda uşaqların sağlamlığının qorunmasının prioritet məsələ oıduğunu deyən nazir qeyd edib ki, ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və davamlı tədbirlər görülür: "2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunvericilik aktları qəbul edilib”.

 

Azərbaycan səhiyyə naziri, həmçinin ötən ilin oktyabr ayında İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresini xatırladıb: “Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti bir neçə mühüm təkliflər irəli sürüb. Bunlardan biri də “TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması” və bu təkliflər Təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib”.

 

Çıxışının sonunda Teymur Musayev Səhiyyə Nazirliyinin Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyası ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu qeyd edib.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən professor Gürkan Uncu Bakıda təşkil olunan "Azərbaycan-Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Konqresi"nin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Qastrit və xora zamanı necə qidalanmalı?
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
 Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”   
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi