Qucaqlamaq üçün heç kimin yoxdursa, özünü qucaqla – Faydaları heyrətamizdir!
04.02.2023 10:36

Qucaqlaşmağın faydaları mütəxəssislər tərəfindən dəfələrlə qeyd edilsə də, bir çox insanlar gün ərzində çox qucaqlaya bilmədiklərini və ya qucaqlayacaq adamlarının olmadığını deyirlər. 

 

Məlumdur ki, qucaqlaşmanın xoşbəxtlik və sağlamlıq üçün əhəmiyyəti kifayət qədər böyükdür. Qucaqlaşmalar həyat yoldaşınız, dostunuz və ya uşağınız kimi dəyər verdiyiniz bir insana özünüzü daha yaxın hiss etməyinizə kömək edə bilər və başqalarının sizə münasibətini hiss etdirərək xoşbəxtlik və məmnunluq hisslərinizi artıra bilər. 

 

Ancaq şərtlərə görə sevdiklərinizdən uzaq olduğunuzda, fiziki sevgi baxımından özünüzü olduqca çarəsiz hiss edə bilərsiniz. Bu vəziyyətlərdə ətrafınızda sizi qucaqlayacaq heç kim olmadığı zaman özünüzü qucaqlamaq əla təcrübədir. Fiziki təmas və toxunma insanlar üçün əsas ehtiyac kimi tanınır, ona görə də bu tamamilə normal hesab olunur.

 

Əks halda daha uzun müddət fiziki təmas və ya toxunmadan yaşamaq emosional sağlamlığınıza böyük təsir göstərə bilər. Bu səbəblə ən yaxın və ən sevdiklərinizlə qucaqlaşmaq, özünüzü çox tez yaxşı hiss etməyə və xoşbəxtlik hormonlarınızı artırmağa kömək edəcək. 

 

Əgər tək yaşayan və ya yaxınları uzaqda olan birisinizsə, bu dəfə özünüzə sarılaraq bu çatışmazlığı tamamlaya bilərsiniz. Özünə şəfqət göstərməyin ən vacib və təsirli üsullarından biri olan özünə sarılmaq tək yaşayan insanlar üçün faydalıdır.  

 

Özünüzü qucaqlamaq qəribə səslənsə də, özünə şəfqətin ağrıları aradan qaldırdığı araşdırmalarla sübut edilib. Sakitləşdirici toxunuşla ifraz olunan oksitosin hormonu ağrıların aradan qaldırılmasında rol oynayır. Bu hormon narahatlıq və qorxu hisslərini azaldaraq ağrıya qarşı həssaslığı da dolayı yolla azalda bilir.  

 

Bununla bağlı araşdırmalara əsaslanaraq demək olar ki, yaralı bir insanın sevdiklərini qucaqlaması ağrılarını azalda bilər. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır