"Sabahın alimləri” XII respublika müsabiqəsinə hazırlıq prosesi davam edir
03.02.2023 15:47

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 132-134 nömrəli Təhsil Kompleksi şagirdlərinin “Sabahın alimləri” XII respublika müsabiqəsinə hazırlıq prosesi davam edir.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, “Tibb və sağlamlıq” istiqaməti üzrə müsabiqəyə qatılan məktəblilər Ziya Babayev və Mirzə Seyidov institutun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının müdiri tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi altında Respublika Diaqnostika Mərkəzində keçirilən əməliyyatlarda iştirak ediblər.

 

Şagirdlər müsabiqəyə “Azərbaycan populyasiyasında xroniki böyrək xəstələrində böyrək köçürülməsinin effektivliyinin və həyat keyfiyyətinə təsirinin araşdırılması” mövzusu ilə iştirak hüququ qazanıblar.

 

Hazırda onlar böyrək çatışmazlığı olan xəstələrin kliniki-laborator parametrlərinin statistik təhlili əsasında prezentasiya materiallarının toplanması istiqamətində işləri davam etdirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır