TƏBİB nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
03.02.2023 12:28

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri başa çatıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, yanvarın 30-dan fevralın 3-dək Dubay Dünya Ticarət Mərkəzində keçirilən sərgidə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, Strateji təhlil və inkişaf departamentinin Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin Marketinq şöbəsinin məsləhətçisi Orxan Həsənov iştirak ediblər.

 

Pərvin Əkbərov və Orxan Həsənov fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Health Summit”də iştirak edib. Sözügedən konfrans dünyanın ən böyük səhiyyə sərgilərindən hesab edilən “ArabHealth 2023”ün əsas tədbirlərindən biridir.

 

Dubayın məşhur “Gələcəyin muzeyi”ndə keçirilən konfrans dünyada tibb sənayesinin aparıcı liderləri ilə əlaqə qurmaq və “Metaverse”nin səhiyyədə genişlənən rolunu müzakirə etmək üçün önəmli imkanlar yaradıb.

 

Sağlamlığın gələcəyini araşdırmaq konfransın əsas xəttini təşkil edib.

 

“Metaverse” səhiyyə və texnologiyanın səmərəli qarşılıqlı əlaqəsini əks etdirir. Konsepsiya xəstələrin nəticələrini yaxşılaşdırmaq üçün süni intellektdən, virtual reallıqdan faydalanaraq səhiyyəyə təsir etmək vasitələrinə malikdir.

 

“Future Health Summit”də “Sağlamlığın və tibbin gələcəyi”, “Metaverse” bizi hara apara bilər?”, “Metaverse”də səhiyyənin gələcəyi nədir?”, “Səhiyyənin gələcəyi: uzunömürlülük” və s. sessiyalar dinlənilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır