Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib
03.02.2023 11:40

Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə, həmçinin Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov da iştirak edib.  

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibb mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var: “Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda COVID-19 pandemiyasının ən ağır dövründə də yaxından əməkdaşlıq etdik. Türkiyəli mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib”.   Teymur Musayev nazirliyin nümayəndə heyətinin ötən il may ayında Türkiyəyə işgüzar səfərini xatırladaraq deyib:

 

“Səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq, qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Hər iki ölkənin səhiyyə nazirlikləri arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” səhiyyənin bütün sahələrində təcrübə mübadiləsi və inkişaf baxımından olduqca faydalıdır”.  

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdıran T.Musayev ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin anadan olmasının 100 illiyi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, həmçinin beynəlxalq elmi-praktiki konfranslar təşkil olunacaq. Həmin tədbirlərdə tanınmış Türkiyəli mütəxəssislərin iştirakı bizim üçün çox önəmlidir”.  

 

Görüşdə çıxış edən Şamil Ayrım ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

 

Qeyd olunub ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir.  

 

Şamil Ayrım Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Türkiyədə də mühüm tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.  Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır