Orqanizmi toksinlərdən təmizləyən 5 VACİB QİDA
03.02.2023 10:25

Bildiyiniz kimi, orqanizmin fəaliyyəti birbaşa qanın vəziyyətindən asılıdır. Patoloji vəziyyətlərdən qaçınmaq üçün qan təmiz olmalıdır. Həkimlər toksinləri bədəndən təmizləyən bir sıra məhsulları bol tükətməyi məsləhət görürlər. 

 

Aztibb.az rg.ru-ya istinadən xəbər verir ki, çuğundur yeməklə detoksifikasiya asanlaşır.

 

"Məhsulun tərkibində çoxlu qida maddələri, maqnezium, dəmir, C vitamini var. Çuğundur dəri və saç üçün faydalıdır, həmçinin qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir", - ekspertlər deyir. Yeri gəlmişkən, çuğundur hemoqlobin səviyyəsini artırmaq üçün ən yaxşı qidalardan biridir. 

 

Tərkibində yalnız dəmir (1,7 mq / 100 q) deyil, həm də fol turşusu, həmçinin kalium və lif var. İstər çiy, istərsə də bişmiş formada faydalıdır. 

 

Həkimlər zəncəfil, limon və sarımsağı da tövsiyə edir. Sonuncu, ideal detoks məhsulu adlandırılır. Sarımsaq antiviral, antibakterial və antibiotik xüsusiyyətlərə malikdir. Bununla belə, sarımsağın ac qarına sağlamlığa zərər verə biləcəyini də xatırlamaq lazımdır. Böyük miqdarda sarımsaq mədə xorası, pankreatit, qastroezofageal reflü xəstəliyi, xolelitiyazın kəskinləşməsi olan xəstələrdə narahatlığa səbəb olur. 

 

Mütəxəssislər qan üçün faydalı məhsullar sırasına kələm, xüsusilə brokolini də daxil ediblər. Məhsulun tərkibində sulforafan maddəsi var ki, bu da bütün lazımsız maddələri bədəndən çıxarmağa kömək edir.  Yeri gəlmişkən, brokolini çiy yemək daha yaxşıdır. Bişirildikdə brokolinin tərkibindəki sulforafan parçalanmağa başlayır. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır