Niderlandda fermada "Dəli dana" virusu aşkarlanıb
02.02.2023 15:15

Niderlandın Kənd Təsərrüfatı Naziri Piet Adema fermada ölən inəkdə "Dəli dana" virusunun tapıldığını, lakin bunun istehlakçı üçün heç bir mənfi nəticəsi olmayacağını açıqlayıb. 

 

Aztibb.az rossaprimavera.ru-ya istinadla xəbər verir ki, Adema Niderland Parlamentinə təqdim etdiyi məktubda ölkədəki bir fermada ölü inək tapıldığını və inəyin tapıldığı fermanın karantinə alındığını açıqlayıb. Sözügedən inəyin qida zəncirinə daxil olmadığını bildirən Adema, bu halın istehlakçı üçün heç bir mənfi nəticəsi olmayacağını bildirib. 

 

Qeyd edək ki, tibb terminologiyasında BSE olaraq bilinən və 1980-ci illərdə İngiltərədə ortaya çıxan "Dəli dana" xəstəliyi heyvanların ətini istehlak edən insanlarda ölümcül beyin xəstəliyinə səbəb olduğu kimi, heyvanlar üçün də ölümcül ola bilər. Niderlandda son dəfə "Dəli dana" xəstəliyinə 2011-ci ildə rast gəlinib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır