Gənclər Günü Neftçala Rayon Mərkəzi Xəstəxanasında qeyd olunub
02.02.2023 13:59

Fevralın 2-də Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Neftçala RMX PHŞ-nin direktoru E.Quliyev ölkəmizdə sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclərin yetişdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, məhz düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu Öndərin siyasətini ardıcıl şəkildə həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dahi şəxsiyyətin ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.

 

Sonra Neftçala rayon SİHİ sədri N.Abdullayeva gəncləri təbrik edərək, onlara həmkarlar təşkilatı tərəfindən tərifnamə və hədiyyələr təqdim edib.

 

Çıxış edən digər həkimlər də gənclərə tövsiyyə və arzularını bildiriblər.

 

Sonda Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır