Akademik Cəlal Əliyevin xatirəsi anılıb          
01.02.2023 19:56

Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından yeddi il ötür.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, Akademiyanın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri hər il olduğu kimi, müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar. Müəllimi haqqında xatirələrini bölüşən akademik İradə Hüseynova alimin həyat yolundan, elmi yaradıcılığından, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən söz açaraq, məhz Cəlal Əliyevin fəaliyyəti sayəsində biologiyanın müasir istiqamətlərinin inkişaf etdiyini diqqətə çatdırıb.

 

Sonra akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai, Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Şakir Nəbiyev, “Mərkəzi Nəbatat Bağı”publik hüquqi şəxsin sədri v.i.e. Natiq Allahverdiyev, akademikin dostu Rizvan Vahabov hamıya örnək ola biləcək fərqli bir ömür yaşayan akademik Cəlal Əliyevin təkcə alim kimi deyil, həm də bir insan kimi, yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacağını qeyd ediblər və elmə böyük töhfələr vermiş Cəlal Əliyevin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır