Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri işdən çıxıb
01.02.2023 11:28

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib. 

 

Aztibb.az xəbər verir ki, bu barədə o, feysbukda məlumat paylaşıb.öz ərizəsi ilə vəzifəsindən azad edilib.

 

Məlumatda deyilir: "Dünən Kliniki Tibbi Mərkəzdə (KTM) son iş günüm idi.

Burada işlədiyim müddətdə nələr baş verdi, yeniliklər nə oldu, hansı PR işləri görüldü və s. bu haqda heç nə yazmayacam. Yalnız qürurla yazacağım bir məqam var. İllərlə haqqında az qala hər gün “qara xəbərlər” tirajlanan bir yerin imicinin dəyişməsi üçün sadəcə əlimdən gələni yox, bütün gücümü, ürəyimi qoydum. Bəzən gecə yarısına kimi iş başında oldum, bəzən də evdə olanda belə gecə saat 3-4-də telefon zənglərinə cavab verdim, o saatlarda yuxudan durub, yenidən işə gəldiyim vaxtlar oldu...

 

Bura sadəcə xəstəxana kimi yanaşmadım, işimi böyük bir qurumun, sanki hansısa nazirliyin ictimaiyyətlə əlaqələri kimi qurdum. Kiçik imkanlarla tez-tez nəsə bir yeniliklər etməyə çalışdım və bəzən elə oldu ki, hər ay, hər həftə, bəzən də bir neçə gün ardı-arda ölkə gündəmində olduq. Artıq adı gələndə çoxunun qanı qaralan “Semaşko” haqqında mediada, sosial şəbəkələrdə müsbət istiqamətli – sevindirici, qürurverici, maraqlı, insanlara toxunan, üzünü güldürən xəbərlər gündəm olmağa başladı...

 

Ən sevindirici bilirsiniz nədir? İçi özüm qarışıq, bir zamanlar çoxumuz bura yaxınlarımızın “düşməyini” istəmirdik. Amma ölkəmizdə icbari tibbi sığortanın tədbiqi, Mərkəzin TƏBİB-in tabeliyinə verilməsindən sonra baş verən dəyişiklik və bu dəyişikliklər haqqında cəmiyyətimizin məlumatlandırılması inandırım sizi ki, bura ilə bağlı fikirləri kifayət qədər dəyişdi. Artıq insanlarımız ən ağır xəstələrinin belə burada sağalacağına inanır. Ən azından “Xahiş edirəm, elə edin ki, atam, anam, qardaşım, bacım və s. orda müalicə olunsun” kimi müraciətlərin həddən çox artması belə deməyə əsas verir. Yeri gəlmişkən, görməyincə mən də inanmırdım ki, burada olduqca savadlı, bu qədər peşəkar və güclü həkimlər var. Bütün bunları gördükcə, onları tanıdıqca anladım ki, KTM haqqında, burada işləyən həkimlər, tibb personalı barədə yalnış xəbərlərin getməməsi üçün ən radikal jurnalistlə də dost olmaq lazımdır.

 

Jurnalistlər demişkən, mən də jurnalistikadan çıxdığım üçün çox yaxşı bilirəm, normal jurnalistika ilə məşğul olanlar nə istəyir? Onlar sadəcə pis və ya yaxşı, fərq etməz, doğru xəbər, xəbərin təsdiq və təkzib olunmasını, bir sözlə düzənli əlaqə və ya normal münasibət istəyir. Bu baxımdan, çox rahatam. İnanmıram, hansısa media nümayəndəsi, hətta şəxsən tanımadığım jurnalist də məndən narazı qalsın! Tanımadıqlarıma da tanışım kimi rəftar etdim, gücüm çatacaq qədər hər kəsin yanında oldum!

 

Hər birinizə sevdiyiniz işlə məşğul olmağı arzulayıram!"

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır