Professor Surxay Musayevi ad günü münasibətilə təbrik edirik!
01.02.2023 09:50

Bu gün Azərbaycanın dəyərli ziyalısı, ATU Tədris Terapevtik Klinikasının direktoru, Əməkdar elm xadimi, Əməkdar həkim, professor Surxay Musayevin doğum günüdür.

 

Aztibb.az xəbər verir ki, Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olub. 1967-ci ildə Samux rayon M.Ə.Sabir adına orta məktəbi bitirib. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet) Pediatriya fakültəsinə daxil olub, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

 

1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent vəzifəsində işləyib. O, 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyalarını müdafiə edib, 1992-ci ildə professor elmi adını alıb.

 

Surxay Musayev ölkəmizdə tibb elminin inkişafına, xüsusilə uşaq xəstəlikləri ilə mübarizə işinə öz töhfəsini vermiş dəyərli alimlərimizdəndir.

 

O, respublika və bir çox xarici ölkələrdə çapdan çıxmış 150-dən çox elmi əsərin, dərs vəsaitlərinin, metodik tövsiyyələrin və monoqrafiyanın müəllifidir.

 

Professor uşaq revmatologiyası üzrə tanınmış mütəxəssis kimi respublikada bu tibbi xidmət sahəsinin daha da təkmilləşdirilməsi üçün bütün güc və biliyini sərf edir.

 

Surxay həkim 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 2000-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim”, 2010-cu ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Professor Surxay Musayevi ad günü münasibətilə Aztibb.az səhiyyə portalı adından təbrik edir, ona iş həyatında yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır