AQTİ qida mühəndisi ixtisası üzrə vakansiya elan edir
31.01.2023 16:54

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida mühəndisi ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, işə qəbul olmaq istəyənlər qida mühəndisliyi üzrə ali təhsilə, HACCP və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə bilik və bacarıqlara, eləcə də risk əsaslı yanaşmaya malik olmalıdırlar. Eyni zamanda onlar sanitar-texniki və sanitar gigiyena qaydalarını, qida sahəsini tənzimləyən yerli qanunvericiliyi və texniki-normativ aktları bilməli, müxtəlif qida məhsullarının istehsalat prosesləri haqqında məlumatlı olmalıdırlar.

 

İşə qəbul üçün müraciət edən namizədlərdən ən azı 3 il iş təcrübəsi, qida sahəsi üzrə beynəlxalq standartlar, həmçinin rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük veriləcək. Namizədlərin kompüter biliklərinin olması isə vacibdir.

 

Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Qida mühəndisi" yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub