Şam yeməyindən imtina bir həftə ərzində arıqlamağa kömək edir
31.01.2023 14:56

Məşqçi Ruslan Panovun sözlərinə görə, orqanizmdə piyin yandırılması yalnız enerjinin defisiti zamanı mümkündür.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, məşqçi R. Panov bir həftə ərzində arıqlamağın yollarından danışıb. O qeyd edib ki, bunun üçün xüsusilə məşqlərin hesabına enerji defisitini yaratmaq lazımdır.

 

"Bir həftə ərzində iki-üç intervallı məşq, bir-iki orta və ya yüksək intensivlikli kardioməşqlər və iki-üç qüvvət məşqi yerinə yetirilməlidir ", - məşqçi bildirib.

 

O, qidalanmaya nəzarət etməyi də məsləhət görüb. Panovun sözlərinə görə, bir həftə ərzində arıqlamağa şam yeməyindən (bu həftə boyunca) imtina və dolu səhər yeməyi kömək edir. Səhər yeməyi qəbulu zamanı orqanizm çoxlu zülal almalıdır. Gündüz heyvan mənşəli zülal, həmçinin tərəvəzlər istifadə etmək lazımdır.

 

"İlk günlərdə, yüngül məşqlərlə yanaşı, əsas rasionun sudan, az miqdarda qaynadılmış düyüdən və xiyarlardan ibarət olduğu detoks-günləri təşkil etmək olar,", -  məşqçi əlavə edib.

 

R. Panov vurğulayıb ki, çəki atmaq istəyən insanlar kifayət qədər su (gündə iki-dörd litr) içməlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır