Şahin Məmmədov Milli Oftalmologiya Mərkəzində şöbə müdiri vəzifəsinə təyin olunub
30.01.2023 21:57

Tanınmış həkim Şahin Məmmədov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə o, feysbuk şəbəkəsində məlumat paylaşıb.

 

"Artıq 8 ci ildir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyirdim. Bu gün mərkəzin direktoru, professor Elmar Qasımov məni uğurlu fəaliyyətimə görə təşəkkürnamə ilə təltif etdi və məni mərkəzin Anesteziologiya Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin etdi. Həmçinin mərkəzin Masallı, Gəncə və Şəki filiallarının anesteziologiya xidmətinə də nəzarət etməli olacam. Qeyd edim ki mərkəzimizin 12 əməliyyatxanası var və 24/7 anestezioloji xidmət göstərir.
Xəstələrimiz əsasən uşaqlar, yenidoğulmuşlar və yanaşı xəstəlikləri çox olan yaşlı insanlardır.
İşin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacam mənə göstərilən etimadı doğruldum, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlim", - Şahin Məmmədov qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır