Həftə ərzində 3 dəfədən az bağırsağın boşalması qəbizlik sayılır - Qastroenteroloq
30.01.2023 17:24
Cəmiyyətdə çox rast gəlinən həzm problemlərindən biri də qəbizlikdir. Müasir həyatda yaşanan stress, hərəkətsizlik və qeyri-düzgün qidalanma kimi faktorlar qəbizlik nisbətinin artmasına səbəb olur. Qəbizliyin özü bir xəstəlik deyil, lakin hər hansı xəstəlik nəticəsində yaranan şikayətdir. Bundan əlavə, qəbizlik əksər insanların həyat keyfiyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir.
Aztibb.az Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının peşəkar və təcrübəli həkim qastroenteroloqu İlham Mayılov məlumat verib.
Həkim bildirib ki, normal hallarda sağlam insan həftədə ən azı 3 dəfə defekasiya (nəcis ifrazı) aktına çıxmalıdır. Bəzi insanlar gündə 3 dəfə, bəzi insanlar isə həftədə 3 dəfə defekasiya aktına çıxa bilirlər. Hər iki hal tamamilə normal olaraq, sağlamlıq göstəricisidir. Həftə ərzində 3 dəfədən az bağırsağın boşalması isə qəbizlik sayılır.
Qəbizliyin aşağıdakı tipləri var:
• Alimentar (orqanizimdə suyun və rasiyonda qida liflərinin azalması nəticəsində)
• Mexaniki – bağırsaq keçiriciliyinin pozulması
• Hipo və diskinetik (bağırsaqlarda tranzitin sürətinin azalması)
• İdiopatik – mexanizmi məlum olmayan qəbizliklə ən çox insanlar yaşlaşanda rastlaşırlar.
İ.Mayılovun sözlərinə görə, qəbizliyin yaranma səbəbi əsasən adekvat maye qəbulunun olmaması, lifli qidaların zəif qəbulu və oturaq həyat tərzidir: "Lfli qidalar yumşaq nəcis və həzm traktında asan hərəkət etməyə kömək edir"
Həkim qeyd edib ki, qəbizlik əlamətləri olan xəstələri tez-tez özlərini imalə etmək kimi zərərli adətlərdən və işlədici dərmanları göstərişsiz istifadə etməkdən çəkindirmək lazımdır, çünki bunlar bəzi ağırlaşmalar yarada bilər.
Qəbizliyin müalicəsi üçün ilk növbədə, onu yaradan səbəb müəyyən edilməli və aradan qaldırılmalıdır. Qəbizlik deyib keçməyin. Ciddi narahatlıq yaradan qəbizlik üçün ixtisaslı həkimə müraciət edin. Çünki erkən diaqnoz həyat qurtarır.
Bu bölməyə aid digər xəbərlər
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

