Uzun müddət əmzik istifadəsi dişlərin yerdəyişməsinə səbəb ola bilər - Pediatr
30.01.2023 12:33

Körpəni sakitləşdirmək üçün, qida arasında məmnuniyyət yaratmaq, yuxuya rahat şəkildə getmək və digər hallarda əmzik körpələrlə yanaşı, valideynlərin də köməyinə çatır. Əmziklər 2-3 aydan bir yenisi ilə əvəz olunmalıdır. Əgər əzmik zədələnib və solğunlaşıbsa, onu dərhal dəyişmək lazımdır. Əmzikdən istifadə etmək körpələrin və valideynlərin seçimidir. Lakin buna baxmayaraq, onun istifadə müddətinə mütləq diqqət etmək lazımdır ki, uşağa zərəri olmasın.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: “Körpələrin maksimum dərəcədə əmzikdən istifadə etməsi məsləhət deyil. Körpə doğulandan sonra ilk saatlardan əmzik verilərsə, bu, sonradan ana südündən imtinaya gətirib çıxara bilər, çünki əmziklər bir qədər yumşaq olduğu üçün uşaq onu daha rahat əmir. Əmzik uşağın ağzından yerə düşür, ana onu götürərək silib yenidən körpəyə verir. Belə olanda əmzik özü bir infeksiya mənbəyinə çevrilir və körpə infeksiyanı oral yolla qəbul edir. Ona görə də gigiyenik cəhətdən də əmzikdən istifadə etmək məsləhət deyil. Elə hallar var ki, valideyn 1-2 yaşında uşağa əmzik verir. Bu, gələcəkdə dişçıxarma prosesində ağız quruluşunun formalaşmasına, dişlərinin yerlərinin dəyişməsinə səbəb olur. Alt çənədə dişlərin forması dəyişdiyi üçün uşaqda kosmetik cəhətdən də problem yaranır”.

 

Əmzik uşağa verilərkən heç vaxt şəkərə, mürəbbəyə, bala batırılmamalıdır, belə etmək uşağa əmziyin qidalanma mənbəyi olaraq qəbul etməsinə səbəb olacaq. Əmziyin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir və körpə hər zaman ondan istifadə etməməlidir. Yuxuya gedəndə onun daimi istifadə vərdişi yaratmaması və eyni zamanda yuxunun keyfiyyətinə mane olmaması üçün onun ağızdan çıxarılması tövsiyə olunur.

 

Mütəxəssislər deyirlər ki, əmzikdən istifadə edən uşaqların stomatit, otit, ağız boşluğu iltihabları riski ondan istifadə etməyən körpələrlə müqayisədə iki dəfədən çoxdur. Bəzi uşaqlar hətta 3, 4, 5 yaşına kimi əmzikdən imtina etmir və bu, valideynlər üçün böyük problemə çevrilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama