30 yanvar - Gömrük əməkdaşlarının peşə bayramı günüdür
30.01.2023 11:57

Azərbaycanda gömrük əməkdaşlarının peşə bayramı gününün qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyev deyirdi: " Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən dövlət müstəqilliyini təmin etmək, qorumaq, inkişaf etdirmək üçün gömrük xidməti çox əhəmiyyətli, çox lazımlı təşkilatdır".

 

Aztibb.az xəbər verir ki, bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işini diqqət mərkəzində saxlayır. Hazırda ölkəmizdə beynəlxalq standartlara cavab verən modern gömrük sistemi yaradılmış və onun dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılır. Azərbaycan gömrükçüləri xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda əzmlə çalışırlar. Onların əsas məqsədi dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaq, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarına və respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstərir.

 

Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Azərbaycanın gömrük işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara çox şərəfli və məsul fəaliyyətlərində uğurlar arzulayır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır