Fiziologiya İnstitutunda rusiyalı professorun “Görmə. Qavrayış” mövzusunda məruzəsi dinlənilib
30.01.2023 10:07

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının alimləri ilə görüş keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, görüşdə baş direktor, professor Ulduz Həşimova müəssisədə aparılan tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivlərindən danışıb.

 

Daha sonra rusiyalı professor Yuri Şelepinin “Görmə. Qavrayış” mövzusunda məruzəsi dinlənilib. Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, İ.P.Pavlov adına Fiziologiya İnstitutu (Rusiya, Sankt-Peterburq) ilə “Neyrodegenerativ xəstəliklərin inkişafına psixofizioloji nəzarət və proqnozlaşdırılma modelinin işlənməsi” mövzusunda 2021-ci ildən müqavilə bağlanıb. Müqavilə çərçivəsində İ.P.Pavlov adına Fiziologiya İnstitutunun əməkdaşları birgə tədqiqatların aparılması və neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar haqqında mühazirələr oxumaq məqsədilə instituta ezam olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır