Nevroloq: "TİH keçirmiş xəstələrin 30-40%-də sonrakı illərdə insult inkişaf edir"  
29.01.2023 20:02

Tranzitor İşemik Həmlə (TİH) beyin toxumalarının ölümü olmadan işemiya səbəbli nevroloji disfunksiyasıdır. Xəstəliyin klinik simptomları qəflətən baş verir və bir neçə saniyədən bir sutkaya kimi davam edə bilər.

 

Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova bildirib.

 

Onun sözlərinə görə, ilk başlanğıcda TİH klinik mənzərəsi işemik insultun əlamətlərinə oxşayır. TİH çox zaman yüngül nevroloji əlamətlərlə özünü göstərir:

 

Bədənin və ya üzün bir hissəsində, yuxarı, yaxud aşagı ətrafın qəflətən yaranan keylik və ya zəifliyi;
Sensor və ya motor afaziya (nitq pozulması);
Bir və ya hər iki gözdə görmə qabiliyyətinin qəflətən pozulması;
Qəflətən yaranan yeriş pozulması, baş gicəllənmə, koordinasiya pozulması;
Səbəbi məlum olmayan qəfləti baş ağrısı.


S.Abışova bildirib ki, TİH tez-tez təkrarlana bilər və TİH keçirmiş xəstələrin 30-40%-də sonrakı illərdə insult inkişaf edir. İşemik insult və ürək damar sistemi xəstəliklərinin qarşısının alınması məqsədi ilə TİH keçirmiş pasiyentlərin müayinəsi tələb olunur.

 

Müayinə planına aşağıdakılar daxildir:
angioloji tədqiqatlar
qanın ümumi və biokimyəvi analizi
xolesterin və onun fraksiyalarının yoxlanılması
EKQ,ExoKQ
serebral arteriyaların doppler müayinəsi
TİH bütün hallarında KT və ya MRT müayinəsi.


Həkim əlavə edib ki, TİH zamanı nevroloji pozulmalar qısa müddətli olduğundan müalicə aparılmır, əgər təkrarlanırsa işemik insultda olduğu kimi aparılır.

 

Zərərli vərdişləri tərgitmək və profilaktik tədbirlərin görülməsi vacibdir:
* arterial təzyiqi nəzarətdə saxlamaq;
* ürəyin vaxtlı-vaxtında müayinə olunması;
* sağlam qidalanma;
* siqaretdən, narkotik maddələrdən uzaq olmaq;
* oral kontraseptivlərin qəbulu olmaz;
* dislipidemiya ziyanlıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib