Ürəyə gedən damarların daxili səthini yağlandırır – DİQQƏT!
28.01.2023 16:16

Gündəlik həyatımızda yediyimiz bir çox qidalar sağlamlığımız üçün böyük təhlükə yaradır. Dadlı olduğuna görə üstünlük verdiyimiz zərərli qidalarla yanaşı, faydalı qidalar da müxtəlif xəstəliklər üçün risk yarada bilər. 

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, mütəxəssislər tez-tez istehlak edilən bəzi qidaların damar tıxanmasına gətirərərk infarkt və insult riskini artırdığını bildirir.  

 

İnsanların yaşına, cinsinə, fəaliyyət səviyyəsinə, xəstəliklərə görə gündə müəyyən miqdarda kalori qəbul etmələri lazım olduğunu vurğulayan mütəxəssislər, bədənin ehtiyacından çox kalori qəbul etmənin ürək-damar xəstəliklərinə səbəb ola biləcəyini açıqlayıb.  

 

Ürək xəstəliklərində ən çox rast gəlinən problemlərdən biri də ürəyə gedən damarların daxili hissələrinin yağla örtülməsidir. Bu sağlamlıq probleminin ən mühüm səbəbi qidalanma ilə bağlı edilən bəzi səhvlərdir. Bəs ürək-damar sağlamlığı üçün necə yemək lazımdır? 

 

Ürək dostu qidalar hansılardır? 

 

Tərəvəz və meyvələr ürək dostu qidalar hesab edilir ki, onların kalorisi az, qida maddələri yüksəkdir. Həm də bir çox vitamin və mineral ehtiva edir. 

 

Ona görə də meyvə və tərəvəzləri həm əsas, həm də qəlyanaltı yeməklərdə istehlak etmək lazımdır. Xüsusilə çiyələk, moruq, qırmızı tut kimi qırmızı meyvələr tərkibindəki antioksidantlarla ürək sağlamlığını dəstəkləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır