Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatal Reanimasiya Proqramı” kursu keçirilib
28.01.2023 09:49

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatal Reanimasiya Proqramı” (NRP) kursu keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisənin direktoru, t.ü.f.d., dos. Allahverdi Musayev iştirakçılara kursun mahiyyətindən danışıb. Bildirib ki, yenidoğulmuşun reanimasiya prosedurları özünəməxsus xüsusiyyətlərə malikdir. O, neonatal ölümlərin qarşısının alınması üçün belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Daha sonra institutun baş həkimi, uzman həkim Azər Əhmədov Neonatal Reanimasiya Proqramı (NRP) kursunun məqsədindən danışıb.

 

İki gün davam edən təlimdə iştirakçılara NRP kurs proqramına əsasən nəzəri bilikləri və praktiki bacarıqları təqdim edilib.

 

Doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacılarının iştirak etdiyi təlim proqramını müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib